Mərkəzi Bankın məlumatlarına görə, 2024-cü il iyun ayının 1-nə ölkənin bank və digər kredit təşkilatlarının kredit portfeli milli valyuta ekvivalentində 26498,3 milyon manat təşkil edib. Bu barədə Dövlət Statistika Komitəsindən Modern.az-a verilən məlumatda bildirilib. Rredit portfelinin 22194,3 milyon manatı uzunmüddətli kreditlər olub. Ödəmə vaxtı keçmiş kreditlərin məbləği isə ümumi kredit portfelinin 1,8 faizini təşkil edib. 2024-cü il iyun ayının 1-nə vaxtı keçmiş kreditlər 466,5 manata çatıb.