Bakı. Trend:
Gözlənilən qeyri-sabit və küləkli hava ilə əlaqədar SOCAR-ın “Azneft” İstehsalat Birliyinin istehsalat sahələrində təhlükəsizlik tədbirləri gücləndirilib.
Bu barədə “Azneft” İstehsalat Birliyi məlumat yayıb.
Bildirilib ki, təhlükəli işlərin icrası məhdudlaşdırılıb, əmək normaları çərçivəsində insan sağlamlığının qorunması məqsədilə qabaqlayıcı tədbirlər görülüb.
Vurğulanıb ki, bütün tədbirlər əvvəlcədən müəyyən edilmiş təhlükəsizlik prosedurlarına uyğun həyata keçirilir.
“Hazırda “Azneft” İstehsalat Birliyinin bütün sahələrində müvafiq maarifləndirmə işləri aparılır və mövcud vəziyyət nəzarətdə saxlanılır”, - deyə məlumatda qeyd edilib.