Bakı. Trend:
Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyası VII çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Qəzənfər Abdullayevin deputat mandatından məhrum edilməsi ilə bağlı qərar qəbul edib.
Qərar MSK-nın oktyabrın 1-də keçirilən növbəti iclasında qəbul olunub.
İclasa MSK sədri Çingiz Həsənli rəhbərlik edib.
Əvvəlcə Mərkəzi Seçki Komissiyasının 11 dekabr 2025-ci il tarixli iclasının protokolu təsdiqlənib.
Sonra Qəzənfər Abdullayevin deputat mandatından məhrum edilməsinə köməklik göstərilməsi barədə ərizəsinə baxılıb.
Müraciət qanunvericiliyə uyğun qaydada araşdırılıb və məsələ ilə bağlı müvafiq qərar qəbul edilib.