Bakı. Trend:
2026-cı ilin oktyabr ayında dövlət sərhədini pozduqlarına görə 46 nəfər saxlanılıb.
Bu barədə Dövlət Sərhəd Xidmətinin aylıq icmalında məlumat verilib.
Bildirilib ki, saxlanılanların 26-sı Əfqanıstan, 6-sı Azərbaycan, 5-i Pakistan, 2-si Türkiyə, 2-si Mərakeş, 2-si Əlcəzair, 2-si Fələstin, 1-i isə İran vətəndaşı olub.
Bundan başqa, qanunsuz miqrasiya ilə mübarizə tədbirləri nəticəsində saxtalaşdırılmış tarix möhürü və pasportla, eləcə də özgəsinə məxsus sənədlə dövlət sərhədini keçməyə cəhd göstərən 8 nəfər saxlanılıb.