Bakı. Trend:
Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalının bacısı Sərpil Baxçalı vəfat edib.
"TRT Haber"in məlumatına görə, mərhum Osmaniyedəki ailə qəbiristanlığında dəfn olunub.
Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz, Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanettin Duran, ədliyyə naziri Akın Gürlek, səhiyyə naziri Kemal Memişoğlu və digər hökumət rəsmiləri Sərpil Baxçalının vəfatı ilə bağlı başsağlığı mesajları yayıblar.
Onlar mərhuməyə Allahdan rəhmət diləyərək Dövlət Baxçalıya, ailəsinə və yaxınlarına səbir və başsağlığı veriblər.
Qeyd edək ki, Serpil Baxçalı uzun illər bank sektorunda çalışıb. Türkiyə mətbuatının məlumatına görə, o, müxtəlif illərdə "Ziraat Bankı" və "Pamukbankda" işləyib, daha sonra təqaüdə çıxıb.