Bakı. Trend:
Azərbaycan Mərkəzi Bankı (AMB) lombard sektorunun tənzimlənməsi ilə bağlı təşəbbüsünün gələn il təsdiqlənəcəyinə ümid edir.
Trend-in tədbirdəki müxbiri xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov faiz dəhlizinin parametrlərinə dair cümə axşamı keçirilən mətbuat konfransında bildirib.
T.Kazımovun sözlərinə görə, lombard sahəsində tənzimləmənin tətbiqi məhdudiyyətlərin artırılması anlamına gəlmir.
“Lombard sahəsində biz tənzimləməni gətirmək istəyirik. Bu, o demək deyil ki, məhdudiyyətlər gələcək. Bu tənzimləmə daha çox istehlakçıların hüquqlarının müdafiəsi sahəsində olacaq. Ümid edirəm ki, gələn il artıq bu layihə çərçivəsində olan təşəbbüsümüz təsdiqlənəcək”, - deyə o əlavə edib.