Bakı. Trend:
Azərbaycanda Axar-Baxar və İlisu milli parklarının sanitariya-mühafizə zonaları təsdiq edilib.
Bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb.
Qərara əsasən, Axar-Baxar Milli Parkının sanitariya-mühafizə zonası xəritədə göstərilən 11 292,91 hektar, İlisu Milli Parkının sanitariya-mühafizə zonası isə 10 108 hektar sahədə müəyyənləşdirilib.
Beləliklə, hər iki milli parkın sanitariya-mühafizə zonalarının ümumi sahəsi 21 400,91 hektar təşkil edir.