Bakı. Trend:
Yaponiyanın Kyuşu adasının cənub-şərq sahillərində 5,3 bal gücündə zəlzələ baş verib.
Bu barədə seysmik xidmət funksiyalarını yerinə yetirən Yaponiyanın Milli Meteorologiya İdarəsi məlumat yayıb.
Zəlzələnin ocağı okean dibinin altında, çox dayaz dərinlikdə yerləşib. Yeraltı təkan Kaqoşima və Miyazaki prefekturalarında evlərin silkələnməsinə səbəb olub.
Bununla belə, xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib. Nəqliyyat sistemi normal rejimdə fəaliyyət göstərir. Sunami təhlükəsi yoxdur.