Bakı. Trend:
Rusiyalı qarışıq döyüş növləri üzrə idmançı Petr Yan Abu-Dabidə keçirilən UFC 333 turnirində gürcüstanlı Merab Dvalişvilini məğlub edib.
Beş raundun nəticəsinə əsasən, hakimlərin yekdil qərarı ilə qələbə rusiyalı idmançıya verilib.
Beləliklə, Yan UFC-nin ən yüngül çəki dərəcəsində çempionluq titulunu qoruyub.
Rəqiblər daha əvvəl 2023-cü ilin mart ayında Las-Veqasda qarşılaşmışdılar və orada Dvalişvili yekdil qərarla qalib gəlmişdi.