Bakı. Trend:
ABŞ Prezidenti Donald Tramp Ukrayna münaqişəsinin və ABŞ-ın İrana qarşı müharibəsinin yaxın vaxtlarda başa çata biləcəyini bəyan edib.
Bu barədə Donald Tramp Cənubi Karolina ştatında tərəfdarları qarşısında çıxışı zamanı bildirib.
“Artıq səkkiz müharibəni və ya müharibəyə çevrilmək üzrə olan səkkiz münaqişəni həll etmişəm. Daha iki münaqişənin – Rusiya ilə Ukrayna arasındakı münaqişənin və İranla müharibənin başa çatmasına yaxınıq. Onlar bu və ya digər şəkildə sona çatacaq”, – deyə o bildirib.