Bakı. Trend:
Suriya Prezidenti Əhməd əş-Şaraa ölkə hökumətində kadr dəyişiklikləri aparacaq. Gözlənilir ki, yeni daxili işlər naziri təyin olunacaq.
Bu barədə "Sham TV" telekanalı məlumat yayıb.
Telekanalın məlumatına görə, daxili işlər naziri Anas Xəttabın yerinə ölkənin şərqində yerləşən Deyr əz-Zor vilayətinin qubernatoru Ziyad Fəvaz Ayəş təyin ediləcək. O, 2026-cı ilin əvvəlində daxili işlər nazirinin müavini vəzifəsini tutub və prezidentin tapşırığı ilə Dəməşq ilə kürd koalisiyası olan “Suriya Demokratik Qüvvələri” arasında imzalanmış sazişin icrasına nəzarət edib.
Oktyabrın 19-da Əhməd əş-Şaraa Basil Əbdül Hənnanı sənaye və ticarət naziri vəzifəsinə təyin edib. Telekanalın məlumatına görə, ölkə prezidenti yaxın günlərdə iqtisadiyyat nazirini də dəyişməyi planlaşdırır. Bu vəzifəyə Dərviş əl-Əcəlani təyin ediləcək.