Bakı və digər bölgələrdə yerləşən məktəbdənkənar təhsil müəssisələrində yoxlamalar aparılıb, beş müəssisə rəhbəri işdən azad edilib.
"Monitorinqlər nəticəsində 26 direktora xəbərdarlıq, 12 direktora töhmət, 16 direktora sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib. Monitorinqlərin keçirilməsində məqsəd təlim-tərbiyə prosesinin, tədris-pedaqoji və metodiki, eləcə də kadrlarla işin təşkilini və maliyyə-təsərrüfat sənədlərini yoxlamaqdır".