Bakı.Trend:
ABŞ Prezidenti Donald Tramp Özbəkistana səfər etmək niyyətindədir.
TASS-ın məlumatına görə, bu barədə ABŞ Prezidentinin qlobal tərəfdaşlıq üzrə xüsusi nümayəndəsi Paolo Zampolli bildirib.
“Onun Özbəkistana gəlmək istədiyini bilirəm. Prezidentin iş qrafiki son dərəcə sıxdır, lakin o, mənə Özbəkistana səfər etmək istədiyini deyib”, - deyə xüsusi nümayəndə müvafiq suala cavab olaraq “Özbəkistan-24” telekanalına müsahibəsində bildirib.
Zampolli qeyd edib ki, Trampın respublikaya səfəri məsələsini “daim gündəmdə saxlayır” və səfərin yaxın gələcəkdə baş tutacağına ümid edir.
Qeyd edək ki, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev ABŞ liderinin dəvəti ilə dekabr ayında Florida ştatının Mayami şəhərində keçiriləcək “Böyük İyirmilik” (G20) sammitində iştirak edəcək.