Bakı. Trend:
Cənubi Koreya sentyabrın 21-də ölkəni Şimali Koreyadan ayıran Silahsızlaşdırılmış Zonada (DMZ) aparılan axtarış işləri zamanı 3 zabitinin yaralanmasına səbəb olan partlayışdan sonra Şimali Koreyanın üzr istəməsini tələb edib.
"Yonhap" agentliyinin məlumatına görə, Cənubi Koreya Baş Qərargahı sentyabrın 21-də DMZ-nin qərb hissəsində, Hərbi Sərhəd Xəttinin (MDL) cənubunda baş vermiş partlayışla bağlı bəyanat yayıb.
Bəyanatda partlayışdan sonrakı mina qəlpələrinin Şimali Koreyaya məxsus piyada əleyhinə plastik minalarla üst-üstə düşdüyü iddia olunub və bu ölkənin əraziyə "qəsdən mina yerləşdirdiyi" müdafiə edilib.
Minaların təmizlənməsi üçün ordunun əməliyyata başladığı barədə məlumatın yer aldığı bəyanatda "Cənubi Koreya ordusu mina partlayışında yaralanan hərbçilərə görə Şimali Koreyanı səmimi qəlbdən üzr istəməyə və Atəşkəs Sazişini pozaraq basdırılmış minaları dərhal təmizləməyə çağırır" ifadəsi işlədilib.
Cənubi Koreya Baş Qərargahı sentyabrın 21-də DMZ-də Cənubi Koreya hərbçilərinin axtarış işləri aparması zamanı baş verən partlayışda 3 zabitin yaralandığını bildirmişdi.
Şimali Koreya isə partlayışa görə məsuliyyəti rədd edərək, hərbçilərinə atəş açılacağı təqdirdə "dərhal və amansız" cavab veriləcəyini bəyan etmişdi.