Bakı. Trend:
Oktyabrın 19-da Azərbaycan-Rusiya dövlət sərhədini qanunsuz keçməyə cəhd edən Pakistan vətəndaşı saxlanılıb.
Bu barədə Dövlət Sərhəd Xidmətindən məlumat verilib.
Bildirilib ki, hadisə Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Xudat” sərhəd dəstəsinin xidməti ərazisində həyata keçirilən əməliyyat-qoşun tədbirləri nəticəsində aşkarlanıb. Pakistan İslam Respublikası vətəndaşı Azərbaycan ərazisindən Rusiya istiqamətində dövlət sərhədini pozmağa cəhd edərkən saxlanılıb.
Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.