Bakı.Trend:
Ukraynaya maliyyə dəstəyi Avropa İttifaqı ölkələrinin büdcələrinə böyük yük yaradır.
Bunu Almaniya kansleri Fridrix Merts “Bloomberg” agentliyinə müsahibəsində deyib.
“Bu, həqiqətən də büdcələrimiz üçün böyük yükdür",-deyə o bildirib Bununla belə , kansler Kiyevin maliyyələşdirilməsini davam etdirmək niyyətində olduqlarını diqqətə çatdırıb.
Almaniya kansleri, həmçinin iddia edib ki, Ukraynanın müttəfiqləri müdafiə və hərbi texnikanın satın alınması məsələlərində ABŞ-dən yardım almırlar.
Bundan əvvəl Brüsseldə keçirilən sammitdə Ukrayna Prezidenti Volodimir Zelenski ölkəsinin 2027-ci ildə hərbi ehtiyacları üçün Avropa İttifaqından əlavə 70 milyard avroya ehtiyacı olduğunu bildirmişdi.