Bakı. Trend:
Kanadanın Alberta əyalətində yerləşən Ueynrayt bazasında baş verən partlayış və ardınca meydana gələn yanğın nəticəsində 39 nəfər xəstəxanaya yerləşdirilib, onlardan 19-nun vəziyyəti kritikdir.
Bu barədə əyalətin rəhbəri Daniel Smit məlumat verib.
“Hazırda 39 xəstə xəstəxanaya yerləşdirilib, onlardan ən azı 19-nun vəziyyəti kritikdir”, – deyə o, Edmontonda jurnalistlərə bildirib.
Smit əlavə edib ki, zərərçəkənlərdən bəziləri ağır yanıq xəsarətləri alıblar. Onların bir neçə həftə, hətta ay ərzində intensiv müalicə alması tələb olunacaq.
Zərərçəkənlərin xəstəxanaya çatdırılması üçün 22 təcili tibbi yardım avtomobili, 6 təyyarə və 2 helikopter cəlb olunub.