Xalq artisti Emin Ağalarov Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanı doğum günü münasibətilə təbrik edib.
"Ad günün mübarək, əziz Leyla! Sənə cansağlığı, xoşbəxtlik, çoxlu sevinc arzulayıram. Uşaqlarımıza göstərdiyin qayğı, diqqət və hər şeydə dəstəyinə görə təşəkkür edirəm. Xoşbəxt ol, biz həmişə yanındayıq".



