Bakı. Trend:
KXDR oktyabrın 15-də süni intellektin (Sİ) tətbiq olunduğu “Çam-2.0” adlı ultra yüksək sürətli, yüksək dəqiqlikli idarəolunan torpedanı sınaqdan keçirib.
Bu barədə Koreya Mərkəzi Teleqraf Agentliyi (KMTA) məlumat yayıb.
Alimlərin sözlərinə görə, sualtı bazalanma üçün nəzərdə tutulmuş döyüş sursatının sınaqdan keçirilməsi KXDR Hərbi Dəniz Qüvvələrinin praktiki inkişafında mühüm dəyişikliyə işarə edir. Xüsusilə, ən yeni torpedanın idarəetmə və hədəfi aşkarlama sisteminə süni intellekt inteqrasiya edilib.
Agentliyin məlumatında bildirilir ki, nəticədə 180-dən çox sınaq zamanı təkmilləşdirilmiş hərəkət effektivliyinin artırılması texnologiyası, eləcə də mühərrik qurğusunun gücü təsdiqlənib.