Bakı.Trend:
İsrail hərbçiləri Qəzza zolağının cənubunda Fələstinin HƏMAS hərəkatının döyüşçüləri tərəfindən qazılmış 1,5 kilometr uzunluğunda tuneli məhv ediblər.
Bu barədə İsrail Müdafiə Qüvvələrinin (IDF) mətbuat xidməti məlumat yayıb.
“Qəzza zolağının cənubunda mühəndis-istehkam bölmələri “Yahalom” xüsusi təyinatlı bölməsi ilə birlikdə “sarı xətt”in altından keçən, təxminən 1,5 kilometr uzunluğunda yeraltı tuneli bağlayaraq məhv ediblər. Tunelin daxilində HƏMAS terrorçularının istifadəsi üçün nəzərdə tutulmuş otaqlar aşkarlanıb”, – deyə məlumatda bildirilir.
Mətbuat xidməti əlavə edib ki, ordu bölmələri atəşkəs razılaşmasına uyğun olaraq Qəzza zolağının həmin ərazisində yerləşdirilib və bilavasitə təhlükələrin aradan qaldırılması məqsədilə fəaliyyətlərini davam etdirəcəklər.
Xatırladaq ki, İsrail ilə Fələstin arasında gərginlik 2023-cü il oktyabrın 7-dən etibarən gərginləşib.