Bakı.Trend:
Pakistanın şimal-qərbində yerləşən Peşəvər şəhərində özəl məktəbin damının uçması nəticəsində azı 21 uşaq ölüb.
Bu barədə Geo TV telekanalı yerli tibb müəssisəsinə istinadən məlumat yayıb.
Bundan başqa 20 nəfərin müxtəlif dərəcəli bədən xəsarətləri aldığı bildirilir.
Hadisə Dir-Koloni rayonunda baş verib. Hazırda hadisə yerində axtarış-xilasetmə işləri davam etdirilir.
Hadisə zamanı ölənlərin sayının artacağı istisna olunmur.