Bakı. Trend:
UEFA Çempionlar Liqasının əsas mərhələsində Bakıda keçirilən "Sabah" və “Slaviya Praqa” (Çexiya) komandaları arasında ikinci tur oyunu başa çatıb.
Bakı Olimpiya Stadionunda təşkil olunan görüş Azərbaycan çempionunun 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Qolları 49-cu dəqiqədə Kahim Parris və 88-ci dəqiqədə Coy-Lens Mikels vurub.
Bununla da “bayquşlar” Liqa mərhələsində ilk tarixi qələbəsini qazanıb.
Komanda ilk matçda İngiltərədə “Mançester Yunayted”ə 0:4 hesabı ilə məğlub olub.
Qeyd edək ki, “Sabah” növbəti turda bu arenada Almaniya təmsilçisi “Borussiya Dortmund”la qarşılaşacaq.