Bakı. Trend:
Təmir işləri ilə əlaqədar Bakının Suraxanı və Binəqədi rayonlarında nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq olunacaq.
Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib.
Belə ki, Suraxanı rayonu, Hövsan qəsəbəsində Elvin Əlimov küçəsinin Ağadadaş Müniri küçəsi ilə kəsişməsindən 10-cu Hövsan küçəsi ilə kəsişməsinədək olan hissəsində oktyabrın 14-ü saat 08:00-dan etibarən hərəkət qismən məhdudlaşdırılacaq.
Binəqədi rayonunda isə Binəqədi şossesinin Mehdiabad yolu ilə kəsişməsindən Zəngəzur küçəsi ilə kəsişməsinədək olan hissəsində oktyabrın 15-i saat 08:00-dan qismən, oktyabrın 16-sı saat 23:00-dan etibarən isə tam məhdudiyyət tətbiq ediləcək.
Sürücülərdən yollarda sıxlığın yaranmaması üçün əvvəlcədən alternativ marşrutlardan istifadə etmələri, hərəkət zamanı diqqətli olmaları və aparılan təmir işlərinə anlayışla yanaşmaları xahiş olunur.