Bakı. Trend:
2026-cı il mayın 6-da Leypsiq şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Monqolustan Hökuməti arasında hava əlaqəsi haqqında Saziş” təsdiq edilib.
Prezident İlham Əliyev bununla bağlı qanunu imzalayıb.
Sənədin mətni Azərbaycan Prezidentinin rəsmi internet saytında dərc olunub.