Bakı. Trend:
Türkiyədə sərnişin avtobusunun yük maşını ilə toqquşması nəticəsində azı 11 nəfər ölüb, 27 nəfər xəsarət alıb.
Bu barədə hadisənin baş verdiyi Manisa vilayətinin qubernatorluğunun mətbuat xidməti məlumat yayıb.
“Qəza nəticəsində 11 nəfər ölüb, 27 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Yaralılar yaxınlıqdakı xəstəxanalara çatdırılıb”, – deyə Manisa vilayətinin hakimiyyət orqanlarından bildirilib. Qeyd olunub ki, avtobusda Türkiyə vətəndaşları olub.
Qəza yerli vaxtla saat 11:11-də Akhisar şəhəri yaxınlığında avtomobil yolunun çıxışında baş verib. Manisa vilayətinin administrasiyasının məlumatına görə, avtobus Bursa şəhərindən Egey dənizi sahilində yerləşən İzmir şəhərinə gedirmiş.
NTV telekanalı daha əvvəl 26 nəfərin xəsarət aldığını bildirib. Telekanalın məlumatına görə, yük maşını ilə toqquşma nəticəsində avtobus aşıb. Hadisə yerinə çoxsaylı təcili tibbi yardım briqadaları göndərilib.