Bakı. Trend:
Azərbaycanlı gənclərin Latviyada təhsil almağa marağı artır.
Trend-in tədbirdəki müxbiri xəbər verir ki, bu fikirləri Bakıda keçiriləcək “Study in Europe – Avropada Təhsil” sərgisinə həsr olunan brifinqdə çərşənbə günü Belçikanın Azərbaycandakı səfiri Julyen de Frepon deyib.
Səfir bildirib ki, sərgidə Latviyanın doqquz universiteti iştirak edəcək. O, bu göstəricinin ölkənin sərgidə təmsilçiliyi baxımından rekord olduğunu vurğulayıb.
“Bu doqquz universitet gənclərin təhsil alması üçün maraqlı ola biləcək geniş ixtisas spektrini təmsil edir. Buraya texnologiya, elm və humanitar fənlər daxildir”, – deyə səfir qeyd edib.
Edqars Skujanın sözlərinə görə, tədbir azərbaycanlı gənclərin Avropada və Latviyada təhsil almaq marağını dəstəkləyir, onları təhsillərini davam etdirməyə və daha böyük nailiyyətlər qazanmağa həvəsləndirir.
Səfir “Study in Europe” layihəsinin informasiya mübadiləsi, mübadilə proqramları və Avropanın müxtəlif ölkələrinin universitetlərində mövcud imkanlar barədə məlumatların yayılması baxımından mühüm əhəmiyyət daşıdığını bildirib.
O, təhsil almaqda maraqlı olan gəncləri sərgiyə qatılmağa və təqdim olunan imkanlarla tanış olmağa dəvət edib.
Qeyd edək ki, “Study in Europe – Avropada Təhsil” sərgisi oktyabrın 10–11-də Bakıda keçiriləcək. Sərgidə 16 Avropa ölkəsindən 60 universitet və milli təhsil agentliyi iştirak edəcək.