Bakı. Trend:
Azərbaycan cüdoçusu Rəşid Məmmədəliyev Bakıda təşkil olunan dünya çempionatında bürünc medal əldə edib.
73 kiloqram çəki dərəcəsində çıxış edən idmançı üçüncü yer uğrunda qarşılaşmada Braziliya cüdoçusu Daniel Karninlə üz-üzə gəlib. Məmmədəliyev rəqibinə qalib gələrək dünya çempionatının bürünc medalına sahib olub.
Bu gün tatamiyə çıxan digər Azərbaycan cüdoçuları Hidayət Heydərov (73 kiloqram) 1/8 finalda, Xədicə Qədəşova (57 kiloqram) isə 1/32 finalda məğlub olaraq mübarizəni dayandırıblar.
Qeyd edək ki, Milli Gimnastika Arenasında keçirilən dünya çempionatı oktyabrın 11-də başa çatacaq. Yarışın ilk günündə Azərbaycan cüdoçusu Əhməd Yusifov (60 kiloqram) dünya çempionu titulunu qazanıb.