Bakı.Trend:
Latviyanın milli aviadaşıyıcısı "AirBaltic" şirkəti Litva, Latviya və Estoniyadakı bazalarında 700-dək əməkdaşın işdən azad edilə biləcəyini açıqlayıb.
Bu barədə "Delfi" portalı "AirBaltic" yaydığı məlumata istinadən yazıb.
“Aviadaşıyıcı yeni biznes planının həyata keçirilməsi ilə bağlı islahatları davam etdirir. Bu çərçivədə işçi heyətinin strukturuna yenidən baxılması nəzərdə tutulur və Litva, Latviya və Estoniyada 500-dən 700-dək əməkdaşın işdən azad edilməsi mümkündür”, - deyə məlumatda bildirilib.
Daha konkret qərarların qəbul edilə biləcəyi müddət kimi oktyabrın ortaları göstərilib. Hazırda şirkətdə təxminən 3 min nəfər çalışır.
"AirBaltic" bildirib ki, qarşıdakı dəyişikliklər uçuş cədvəlinə təsir etməyəcək.