Şuşa. Trend:
Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin üçtərəfli görüşü keçirilib, protokol imzalanıb.
Trend-in Qarabağ və Şərqi Zəngəzura ezam olunan müxbiri xəbər verir ki, oktyabrın 2-də təşkil olunan görüşdə Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov, Türkiyənin Milli Müdafiə naziri Yaşar Güler və Gürcüstanın müdafiə naziri İrakli Çikovani iştirak ediblər.
Şuşada keçirilən görüş üç ölkənin müdafiə nazirlərinin 13-cü üçtərəfli görüşü olub.
Görüşün yekununda Zakir Həsənov, Yaşar Güler və İrakli Çikovani tərəfindən 13-cü üçtərəfli görüşün protokolu imzalanıb.
Xəbər yenilənəcək


