Almaniyada keçirilən futbol üzrə Avropa Çempionatının qrup mərhələsində II turun oyunları davam edir.
Modern.az xəbər verir ki, bu gün II turun daha üç qarşılaşması baş tutacaq.
Günün ilk oyununda E qrupunda mübarizə aparan Slovakiya – Ukrayna ilə üz-üzə gələcək.
Digər iki qarşılaşma D qrupda yer alan Polşa – Avstriya və Niderland – Fransa yığmaları arasında baş tutacaq.
21 iyun II tur
E Qrupu
17:00. Slovakiya – Ukrayna “Dusseldorf Arena”
D Qrupu
20:00. Polşa – Avstriya “Berlin Olimpiya Stadionu”
23:00. Niderland – Fransa “Red Bull Arena”