Xocalı. Trend:
İtkin düşmüş şəxslər üzrə “Bakı Dialoqu” çərçivəsində təşkil olunan IV beynəlxalq konfransın iştirakçıları Xocalı şəhərində yerləşən Xocalı Soyqırımı Memorialına baş çəkiblər.
Trend-in Qarabağ bürosu xəbər verir ki, səfər Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının təşkilatçılığı ilə keçirilən “İtkin düşmüş şəxslər probleminin həllində etimadın gücləndirilməsi və effektiv mexanizmlərin inkişaf etdirilməsi” mövzusunda beynəlxalq konfrans çərçivəsində baş tutub.
Nümayəndə heyətinin tərkibinə sabiq dövlət və hökumət başçıları, beynəlxalq təşkilatların və xarici ölkələrin yüksək vəzifəli şəxsləri, itkin düşmüş şəxslərlə bağlı fəaliyyət göstərən qurumların rəhbərləri, ekspertlər, hüquq müdafiəçiləri, səfirlər və hərbi attaşelər daxil olublar.















