Bakı.Trend:
Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyaddakı Kral Xalid Beynəlxalq Hava Limanına cümə axşamı həyata keçirilən iki hücum nəticəsində üç Səudiyyə Ərəbistanı vətəndaşı həlak olub, müxtəlif ölkə vətəndaşları olan bir neçə nəfər yaralanıb.
Bu barədə Səudiyyə Ərəbistanının Mülki Aviasiya İdarəsi məlumat yayıb.
Bildirilib ki, zərərçəkənlər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Onlar zəruri tibbi yardım göstərilməsi üçün dərhal xəstəxanaya çatdırılıblar.
Məlumata görə, ilk hücum hava limanının infrastrukturunu, ikinci hücum isə “Saudi Airlines” aviaşirkətinə məxsus təyyarəni hədəf alıb.
Qeyd olunub ki, Yəməndən olan Husilərin zərbələrindən sonra hava limanında uçuş əməliyyatları dayandırılıb. Hava hərəkətinin yaxın zamanda normal rejimə qayıtması gözlənilir.