Bakı.Trend:
Macarıstan parlamenti ölkənin Baş naziri Peter Macyarın deputat toxunulmazlığının dayandırılmasına səs verib.
Bu barədə "Telex" məlumat yayıb.
Təşəbbüsü 139 deputat dəstəkləyib, əleyhinə səs verən və bitərəf qalan olmayıb.
Macarıstan Baş nazirinin toxunulmazlığından məhrum edilməsi ilə bağlı ölkənin Baş Prokurorluğu 2024-cü ilin yayında baş vermiş insidentlə əlaqədar müraciət edib. Həmin vaxt Macyar “EtKert” gecə klubunda onu mobil telefonla çəkən şəxslə mübahisə edib.O, çəkiliş aparan şəxsin əlindən telefonu alaraq Dunay çayına atıb. Telefon daha sonra dalğıcların köməyi ilə sudan çıxarılıb. Hadisə ilə bağlı oğurluq şübhəsi üzrə araşdırma aparılır.
Baş nazir deputatlardan Baş Prokurorluğun müraciətini dəstəkləməyi xahiş edib, “vicdanının təmiz olduğunu” bildirib və işi onu gözdən salmaq cəhdi adlandırıb. O qeyd edib ki, hazırda da eyni vəziyyətlə qarşılaşsaydı, analoji hərəkət edərdi. Macyar sözlərinə görə, klubun ziyarətçilərinə sataşan və hakimiyyət tərəfindən “işə götürülmüş təxribatçı” olduğunu iddia etdiyi şəxsi dayandırmağa çalışıb.