Bakı.Trend:
Hindistanın Uttar-Pradeş ştatında güclü yağışlar və daşqınlar nəticəsində azı 81 nəfər ölüb.
TASS-ın məlumatına görə, bu barədə ştatın Fövqəladə Hallar İdarəsi jurnalistlərə məlumat verib.
Ən azı 62 nəfər xəsarət alıb. Üç gün davam edən leysan yağışları nəticəsində ştatın bir neçə rayonunda 1 mindən çox evə ziyan dəyib. Zərər çəkmiş rayonlarda, o cümlədən ştatın paytaxtı Laknau şəhərində bazar ertəsi məktəblər bağlanıb.
Xilasedicilər su basmış ərazilərdə yaşayan sakinləri təxliyə edirlər.