Bakı.Trend:
Ermənistanda avtomobil yanacağının qiymətində növbəti artım qeydə alınıb.
Ermənistan KİV-nin məlumatına görə, Aİ-92 markalı benzinin bir litri 580 dramdan 600 drama ($1,66) yüksəlib.
Premium markalı benzinin qiyməti 20–30 dram artaraq litri 620–630 drama ($1,70) çatıb.
Dizel yanacağının qiyməti də eyni məbləğdə artıb və bir litri 710 drama ($1,95) yüksəlib. Qeyd olunur ki, hazırkı qiymətlər Ermənistan bazarı üçün tarixi maksimumdur.