Bakı.Trend:
Serbiyanın Milli Assambleyasının spikeri Ana Brnabiç Serbiyanın Prezidenti səlahiyyətlərinin icrasına başlayıb.
Bu barədə “Politika” məlumat yayıb.
Sabiq dövlət başçısı Aleksandr Vuçiç prezident səlahiyyətlərini ona təhvil verib. Səlahiyyətlərin təhvil-təslimi Serbiya Prezidentinin Administrasiyasında baş tutub. Burada müvafiq protokol imzalanıb, rəsmi sənədlər, hesabatlar, hədiyyələrlə bağlı qeydlər və respublika prezidentinin möhürü təhvil verilib.
Ana Brnabiç 1975-ci ildə Belqradda anadan olub, Böyük Britaniyanın Hull Universitetində ali təhsili alıb. O, 2017-ci ildə Serbiyanın baş naziri təyin edilib və 2024-cü ilin martına qədər üç hökumətə rəhbərlik edib, daha sonra Milli Assambleyanın spikeri seçilib.
Xatırladaq ki, Aleksandr Vuçiç 27 sentyabrda prezident vəzifəsindən istefa verərək oktyabrın 25-də keçiriləcək növbədənkənar parlament seçkisində Serb Tərəqqi Partiyasının baş nazirliyə namizədi kimi iştirak etmək qərarına gəlib.