Bakı.Trend:
Yaponiyanın Kumamoto prefekturasında iyulun 28-də baş verən 7,1 maqnitudalı zəlzələ nəticəsində təxminən 71 min yaşayış binasına ziyan dəyib.
“Kyodo” agentliyinin məlumatına görə, zəlzələ nəticəsində 38 nəfər hadisə yerində və ya xəstəxanalarda ölüb, iki nəfər isə ağır xəsarət alıb.
Hazırda fəlakət zonasındakı təxliyə məntəqələrində 1,5 mindən çox insan hələ də qalır. Zərərçəkmiş evlərdə uzun müddət qalmaqdan qorxan bir çox yerli sakin gecələri avtomobillərində keçirməyə məcbur olur. 2,3 mindən çox evin bərpası mümkün olmayan vəziyyətdə olduğu müəyyən edilib.
Zərərçəkənlərin yerləşdirilməsi üçün 1,9 min müvəqqəti yaşayış binasının tikintisinə vəsait ayrılıb. Lakin faktiki olaraq bu tikililərdən yalnız 650-nin inşasına başlanılıb və ya onların tikintisi qismən başa çatdırılıb.