Bakı.Trend:
Almaniyanın avtomobil nəhəngi "Volkswagen" (VW) və onun törəmə şirkəti "Audi" sükan idarəetmə mexanizmindəki nasazlıq səbəbindən dünya üzrə 2,1 milyondan çox avtomobili geri çağırır.
Bu barədə "ÜmumAlmaniya Avtomobil Klubu" (ADAC) məlumat yayıb.
Ən pis halda nasazlıq sükan idarəetməsinin sıradan çıxmasına səbəb ola bilər. Almaniyada təxminən 960 min avtomobil geri çağırılacaq. Onlardan 900 mini Volkswagen, təxminən 60 mini isə Audi markalı avtomobillərdir.
Söhbət 24 sentyabr 2013-cü ildən 1 iyul 2024-cü ilədək istehsal olunan "VW Golf", "Golf Variant", "Tiguan", "Touran" və "Caddy" modelləri, eləcə də 31 oktyabr 2017-ci ildən 23 may 2024-cü ilədək istehsal olunan "Audi Q3" modellərindən gedir.