Bakı.Trend:
Sentyabrın 24-də Yer kürəsində bu payızın ikinci maqnit qasırğası baş verəcək.
Bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyası xəbərdar edib.
Qurumun tədqiqatçıları qeyd ediblər ki, planetimizin maqnitosferində baş verəcək dalğalanmalar Günəşdə kifayət qədər böyük tac dəliyi ilə əlaqədar olacaq. Mütəxəssislərin proqnozuna görə, ulduzun cənub qütbündən ekvatora qədər uzanan qaranlıq zolaq şəklində görünən bu dəlik ekvator kənarı ilə məhz sentyabrın 24-də Yerə təsir edəcək.
Qeyd edək ki, 2026-cı ilin payızının ilk maqnit qasırğası sentyabrın 8-də Yer kürəsində baş vermişdi.