Bakı.Trend:
“Anglo Asian Mining” şirkəti 2026-cı ilin ilk yarısında Azərbaycanda gümüş istehsalını ötən ilin eyni dövrü ilə müqayisədə 48,9 faiz artıraraq 92 855 unsiyaya çatdırıb. Ötən ilin eyni dövründə bu göstərici 62 348 unsiya olub.
Şirkət bildirib ki, illik gümüş istehsalı üzrə proqnoz 170–210 min unsiya səviyyəsində saxlanılır.
“Rekord mis istehsalı və maliyyə göstəricilərində əhəmiyyətli yaxşılaşma ilə yadda qalan ilin ilk yarısında əldə olunan güclü nəticələrdən sonra “Anglo Asian” ilin ikinci yarısına əhəmiyyətli dinamika ilə daxil olub”, - deyə şirkətin məlumatında bildirilir.
2026-cı ilin ilk yarısında “Anglo Asian Mining” 8 840 ton mis istehsal edib. 2025-ci ilin eyni dövründə bu göstərici 1 188 ton olub. Qızıl istehsalı isə ötən ilin eyni dövründəki 12 114 unsiya ilə müqayisədə 12 329 unsiya təşkil edib.
İstehsalın artımı, xüsusilə, 2025-ci ilin müvafiq olaraq iyul və may aylarında hasilata başlanılan “Dəmirli” və “Gilar” yeni yataqlarının töhfəsinin artması ilə bağlıdır.
İlin ilk yarısının yekunlarına görə, qrupun gəliri 141,2 milyon dollar, vergidən əvvəlki mənfəəti 68,5 milyon dollar, əməliyyat fəaliyyətindən xalis pul vəsaiti axını isə 78,5 milyon dollar təşkil edib.
30 iyun 2026-cı il tarixinə “Anglo Asian Mining”in pul vəsaitləri 70 milyon dollar olub. 2025-ci ilin sonunda bu göstərici 30,2 milyon dollar təşkil edib. Lizinq öhdəlikləri nəzərə alınmadan borcun həcmi isə 27,7 milyon dollardan 12,3 milyon dollara qədər azalıb.
Qeyd edək ki, “Anglo Asian Mining” Azərbaycanda istehsal və geoloji kəşfiyyat aktivləri portfelinə malik mis və qızıl istehsalçısıdır.
Şirkət 2030-cu ilə qədər çoxprofilli orta səviyyəli mis və qızıl istehsalçısı statusuna keçidi nəzərdə tutan artım strategiyasını həyata keçirir. Hazırda mis şirkətin əsas məhsuludur və 2030-cu ilə qədər illik mis istehsalının təxminən 50 000–55 000 tona çatdırılması planlaşdırılır.
İstehsalın artımı, xüsusilə, 2027–2030-cu illər ərzində üç yeni mədənin — “Xarxar”, “Qaradağ” və “Zəfər”in istismara verilməsi hesabına təmin ediləcək. Onlar 2025-ci ilin may və iyul aylarında müvafiq olaraq hasilata başlanılan yeni “Gilar” və “Dəmirli” mədənlərini tamamlayaca