Bakı. Trend:
Danimarkanın xarici işlər naziri Lars Löke Rasmussen Qrenlandiya ilə bağlı ABŞ ilə razılaşmanın əldə olunmasından məmnunluğunu ifadə edərək, sənəddə müəyyən etdikləri “qırmızı xətlərin” qorunduğunu vurğulayıb.
Bu barədə Danimarkanın "TV2" telekanalına bildirib.
"Bizim razılaşmamız var və indi qeyri-müəyyənliyi geridə qoya bilərik", - deyə o bildirib.
"Arktikada təhlükəsizlik razılaşmada ən mühüm məsələ olub. Təhlükəsizliyə görə məsuliyyət yalnız ABŞ və ya Danimarkanın üzərinə düşmür, bu məsuliyyət NATO-ya da aiddir. Bu razılaşma müəyyən etdiyimiz qırmızı xətlərə əməl edir və Qrenlandiyanın suverenliyinə hörmətlə yanaşır", - deyə o əlavə edib.