Beyləqan. Trend:
Beyləqan rayonunda ölüm hadisəsi qeydə alınıb.
Trend-in Qarabağ bürosunun məlumatına görə, hadisə Xan Qızı kanalının rayon ərazisindən keçən hissəsində baş verib.
Belə ki, Təzəkənd kənd sakini, 1987-ci il təvəllüdlü Kərimov Orxan Sərdar oğlu kanalda boğularaq vəfat edib. Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
İlkin məlumata görə, O.Kərimov epilepsiya xəstəliyindən əziyyət çəkib.
Hadisənin başvermə səbəbləri araşdırılır.