Bakı.Trend:
Türkiyənin müxtəlif bölgələrində qəfil başlayan leysan Nevşehir, Niğde, Trabzon, Hatay və Rizədə ciddi fəsadlara səbəb olub.
Bu barədə “Haber 7” məlumat yayıb.
Nevşehir və Hatayda bir neçə avtomobil sel sularına düşüb. Bəzi sürücü və sərnişinlər daşqın sularında əlaczıs vəziyyətdə qalıb. Niğdədə geniş əkin sahələri su altında qalıb, Trabzon və Rizədə isə yolların gölə çevrilməsi nəqliyyatda ciddi problemlərə səbəb olub.
Nevşehir vilayətinin Ürgüp rayonunda güclü leysandan sonra baş vermiş sel zamanı körpüyə sürüklənərək ilişib qalan avtomobildəki 3 nəfər kənd sakinlərinin də köməyi ilə son anda xilas edilib.