Bakı. Trend:
Magistral qaz kəmərində aşkar edilmiş qaz sızmasının aradan qaldırılması ilə əlaqədar noyabrın 4-də saat 10:00-dan etibarən Xətai və Suraxanı rayonlarının bir sıra küçələrində qaz təchizatında qısamüddətli fasilə yaranacaq.
Bu barədə “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.
Bildirilib ki, qaz təchizatında fasilə təmir işləri yekunlaşanadək davam edəcək.