Bakı. Trend:
Dövlət büdcəsinin əsas xərc istiqamətləri büdcəsiyasəti qarşısında dayanan çağırışlar vəsosial-iqtisadi hədəflər əsas götürülməklə ortamüddətli resurs zərfinə uyğun olaraq Milli xərc prioritetləri əsasında müəyyənləşdirilib. Belə ki, 2027-2030-cu illərdədövlət büdcəsi xərcləri dövlətin əsas funksiyalarının maliyyələşdirilməsinin təmin edilməsinə yönəldiləcək.
Bu barədə Maliyyə Nazirliyinin açıqladığı "2027-ciilin dövlət vəicmal büdcələrinin ilkin göstəricilərinədair Açıqlama” sənədində bildirilib.
Ümumilikdə, ortamüddətli dövrdədövlət büdcəsinin əsas xərc istiqamətləri aşağıdakılardır:dayanıqlı vəyüksək iqtisadiartımın dəstəklənməsi, o cümlədən rəqəmsal inkişaf yönümlü vəinnovasiya tutumlu sahələrəinvestisiyaların artması, kənd təsərrüfatı məhsullarının istehsalının artırılması, sahibkarlığın inkişafı vəyerli istehsalın stimullaşdırılması vəbiznes-investisiya mühitinin yaxşılaşdırılması;ölkənin müdafiəqabiliyyətinin gücləndirilməsi, o cümlədən sərhədlərin bərpası vətoxunulmazlığının təmin edilməsi, ordunun maddi-texniki təchizatının müasirləş-dirilməsi, ərazilərin minalardan təmizlənməsi, hərbçilərin sosial təminatının vəxidmət şəraitinin yaxşılaşdırılması istiqamətindəkompleks tədbirlərin vəlayihələrin icrası; işğaldan azad olunmuş ərazilərdəyenidənqurma, bərpa vəməskunlaşdırma tədbirlərinin davam etdirilməsi;rəqəmsal inkişaf sahəsindəmüəyyən edilən prioritetlərin həyata keçirilməsi, eləcədəsüni intellekt texnologiyalarının tətbiqi, data mərkəzlərinin yaradılması vərəqəmsal transformasiya proseslərinin sürətləndirilməsi; Əhalinin sosial müdafiəsivərifahı,xüsusiləhəssas təbəqələrin sosial təminatınındaha da gücləndirilməsi; iqtisadiyyata dövlət büdcəsindən birbaşa vədolayısilədövlət öhdəlikləri, dövlət sifarişi, subsidiya, subvensiya vədotasiya formasında maliyyədəstəyinin davam etdirilməsi;müdafiəolunan xərclərin, o cümlədən əməyinödənişi, pensiyalar, müavinətlər, təqaüdlər vədigər sosial ödənişlər iləbağlı xərclərin maliyyətəminatı; dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilməsi nəzərdətutulmuş dövlət proqram vətədbirlərin maliyyətəminatı;təmiz ətraf mühit və“yaşılartım”ın təmin olunması, eləcədəyaşıl enerji mənbələrinin genişləndirilməsi.