Bakı. Trend:
“Azərbaycan Dəmir Yolları” QSC artan sərnişin tələbatını qarşılamaq üçün 19 və 20 sentyabr tarixlərində Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri həyata keçirəcək.
Bu barədə ADY məlumat yayıb.
“Eyni zamanda, bu istiqamətlərə Bakı–Qazax–Bakı marşrutu üzrə ənənəvi qrafiklə gündəlik səfərlər təşkil olunur.
Biletləri dəmiryol kassaları, ADY-nin rəsmi saytı və “ADY Mobile” tətbiqindən əldə edə bilərsiniz”, - deyə qurumdan əlavə edilib.