Bakı. Trend:
Azərbaycanın neft koksu ixracından əldə etdiyi gəlirlər yanvar-avqust aylarında 88,5% artıb.
Azərbaycan Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2026-cı ilin yanvar-avqust aylarında Azərbaycandan 72,277 milyon ABŞ dolları dəyərində 181,6 min ton neft koksu ixrac edilib.
Komitənin məlumatları əsasında Trend-in hesablamalarına görə, bu göstərici dəyər ifadəsində 2025-ci ilin eyni dövrü ilə müqayisədə 33,94 milyon ABŞ dolları və ya 88,5% çox, həcm ifadəsində isə 56,4 min ton və ya 45,1% çoxdur.
Qeyd olunur ki, hesabat dövründə neft koksunun ixracı Azərbaycanın ümumi ixracının 0,33%-ni təşkil edib.
Qeyd edək ki, Azərbaycanın neft ixracı bu ilin 8 ayında dəyər ifadəsində 10,6% artıb.
Azərbaycan Dövlət Gömrük Komitəsinin hesablamalarına görə, yanvar-avqust aylarında Azərbaycandan dünyanın digər ölkələrinə 9,282 milyard ABŞ dolları dəyərində 14,678 milyon ton xam neft və bitumlu süxurlardan alınmış neft məhsulları ixrac edilib.
Qurumun məlumatına görə, 2025-ci ilin eyni dövrü ilə müqayisədə bu, dəyər ifadəsində 886 milyon ABŞ dolları və ya 10,6% çoxdur, natural ifadədə isə göstərici 1,247 milyon ton və ya 7,8% azalıb.
Qeyd edək ki, komitənin məlumatına görə, 2026-cı ilin yanvar-avqust aylarında Azərbaycan xarici ölkələrlə ümumilikdə 33 milyard 238 milyon ABŞ dolları məbləğində ticarət əməliyyatları həyata keçirib.
Qeyd olunur ki, hesabat dövründə Azərbaycanın xarici ticarət dövriyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə 1 milyard 120 milyon ABŞ dolları və ya 3,49% artıb.