Bakı.Trend:
Misirin Sinay yarımadasında baş vermiş ağır yol qəzası nəticəsində azı 16 nəfər həlak olub.
Bu barədə “Al-Jazeera” telekanalı ölkənin səhiyyə nazirliyinə istinadən məlumat yayıb.
İnsident Qırmızı dəniz sahillərində yerləşən Dahab və Nuveybə qəsəbələrini birləşdirən yolda yer alıb. Ölənlərin çoxunun avtobusun sərnişinləri olduğu deyilir. Bundan başqa daha 28 nəfər yaralanıb.
Qəzanın səbəbləri və digər təfərrüatlar hələlik açıqlanmır.
Sözü gedən bölgə Misirin əsas turizm istiqamətlərindən hesab olunur.
Misir ölümlə nəticələnən yol qəzalarının geniş vüsat aldığı ölkələrdən sayılır. Hakimiyyət orqanlarının məlumatına görə, 2025-ci ildə bu cür qəzalarda təxminən 6 000 nəfər həyatını itirib.
Belə qəzaların başlıca səbəbləri kimi, çox vaxt sürücülərin ehtiyatsızlığı və yolların yaxşı vəziyyətdə olmaması göstərilir.
Təkcə ötən ay ölkənin şimal-şərqində yerləşən İsmailiyyə quberniyasında iki yük maşınının toqquşması nəticəsində 18 nəfər ölüb, 30 nəfər yaralanıb.