Bakı. Trend:
COMEX birjasında 2026-cı ilin dekabrında çatdırılma nəzərdə tutulan qızıl fyuçerslərinin qiyməti oktyabrın 22-dən etibarən ilk dəfə bir troya unsiyası üçün 4 100 dollar həddini aşıb.
Bu barədə ticarət platformasının məlumatlarında qeyd olunub.
Bakı vaxtı ilə saat 04:30-da qızıl fyuçerslərinin qiyməti 4,16 faiz yüksələrək bir troya unsiyası üçün 4 104,4 dollara çatıb.
Saat 05:00-a yaxın isə artım tempi bir qədər zəifləyərək 4,06 faiz təşkil edib. Bu zaman qiymətli metalın bir troya unsiyası üzrə fyuçerslərinin dəyəri 4 100,2 dollar olub.