Bakı. Trend:
ABŞ Prezidenti Donald Tramp müdafiə naziri Pit Heqseti vəzifəsindən azad etməyi düşünmədiyini bildirib.
O, Pentaqon rəhbərinin fəaliyyətini yüksək qiymətləndirib.
Tramp bu barədə Ağ Evin qarşısında jurnalistlərin suallarını cavablandırarkən danışıb.
ABŞ lideri Pit Heqsetin vəzifəsindən uzaqlaşdırılması ehtimalı ilə bağlı suala cavabında onun işinin öhdəsindən çox yaxşı gəldiyini düşündüyünü qeyd edib.
Xatırladaq ki, bundan əvvəl CBS News telekanalı mənbələrinə istinadən Donald Trampın müşavirləri ilə Pit Heqsetin vəzifəsindən kənarlaşdırılması məsələsini müzakirə etdiyini xəbər vermişdi.